Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.  

Murad Musayevin baş məşqçisi olduğu komanda Serbiyanın “Mladost” (Luçani) klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. "Sabah"ın qolunu 53-cü dəqiqədə Coy-Lens Mikels vurub. "Mladost" Serbiya Superliqasında hazırda 24 xalla 11-ci pillədə qərarlaşıb. Xatırladaq ki, “Sabah” bundan əvvəlki oyunlarında Macarıstan “Pakş"ı və Ukraynanın “Zarya”sı ilə 1:1 hesablı heç-heçə edib.